...

Üç dövlət tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı həbs olunub

Siyasət Materials 2 Mart 2009 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan polisi üç dövlət tərəfindən beynəlxalq axtarışa verilən Şəmkir şəhər sakinini tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, nazirliyin Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələrinin, Şəmkir, Abşeron və Sumqayıt şəhər polis şöbələrinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Fəzail Fərzalıyev 2000-ci ilədək qüvvədə olmuş Azərbaycanı Cinayət Məcəlləsinin quldurluq (145), qanunsuz odlu silah gəzdirmə (220) və qanunsuz olaraq narkotik vasitələri saxlama (226-1) maddələri ilə axtarışda olub və Sumqayıt şəhərində yaxalanıb.

Fərzalıyev Rusiya Federasiyasında və Qazaxıstan Respublikasında qəsdən adam öldürməyə görə 1998-ci ildən beynəlxalq axtarışa verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti