...

Azərbaycanda referendum günü 500 seçki məntəqəsində veb-kamera quraşdırılacaq

Siyasət Materials 2 Mart 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir C.Babayeva / Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bazar ertəsi öz iclasında ümummilli seçkilər günü 500 seçki məntəqəsində veb-kameralardan istifadə haqqında qərar qəbul edib.

Azərbaycanda beş min seçki məntəqəsi var. Veb-kamera quraşdırılacaq seçki məntəqələri onların 10 faizini təşkil edir.
 
"Veb-kameraların tətbiqinin məqsədi səsvermə zamanı şəffaflığın təminatıdır", - MSK katibi Natiq Məmmədov deyib.
 
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, veb-kameralar ötən seçkilər - prezident seçkiləri zamanı sınaqdan keçirilmiş məntəqələrdə quraşdırılacaq. "Quraşdırılmış kameralar bütün ölkə ərazisini əhatə edəcək və səsvermə prosesinin bütün mərhələlərini fasiləsiz izləyəcək. Veb-kameralar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən quraşdırılacaq", - MSK sədri bildirib.

Azərbaycandakı referendumla bağlı yaradılmış təbliğat-təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start verib. Referendum üzrə qəbul olunmuş təqvim-plana əsasən təbliğat qrupları martın 16-da saat 24:00-da bitməlidir.

İctimai Televiziyada pulsuz efir vaxtı şənbə günü 18:15-dən 19:45-ə, İctimai radioda isə çərşənbə günü 20:15-dən 21:45-ə qədər təyin edilib.
Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.
Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da aqitiv kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.
Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti