...

Lavrov Bakıda ikitərəfli əlaqələrin bütün sahələrini müzakirə edəcək – Rusiyalı səfir

Siyasət Materials 2 Mart 2009 20:53 (UTC +04:00)
Lavrov Bakıda ikitərəfli əlaqələrin bütün sahələrini müzakirə edəcək – Rusiyalı səfir

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir N.Abdullayeva / Bazar ertəsi "İtaliya üslubu" sərgisində Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun jurnalistlərə dediyinə əsasən, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Azərbaycana səfəri zamanı siyasi, iqtisadi, enrgetika və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxunulacaq.  

"Səfər zamanı Lavrov bütün sahələr üzrə olan münasibətləri müzakirə edəcək", - səfir səlahiyyətləri bitmək ərəfəsində olan İstratov bildirib.  

Bir müddət öncə Rusiya XİN-in informasiya və çap departamentinin bildirdiyinə əsasən, Lavrovun Bakıya səfərinin 11-12 mart ərəfəsində baş tutacağı gözlənilir.

İstratov Azərbaycana təyin olunmuş Rusiyanın yeni səfirinin Novruz bayramından sonra gələcəyini jurnalistlərə bildirib. 

İstratovun sözlərinə görə, səfir postunu tutacaq şəxs artıq məlumdur və o, bir neçə dəfə səfir kimi fəaliyyət göstərib.

İstratov RF-nin fövqəladə və səlahiyyətli səfiri kimi Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti