...

Siyasi mənzərə dəyişəcəyi təqdirdə İran "Nabukko" layihəsində böyük rol oynaya bilər – beynəlxalq ekspert

Siyasət Materials 16 Mart 2009 15:31 (UTC +04:00)
Siyasi mənzərə dəyişəcəyi təqdirdə İran "Nabukko" layihəsində böyük rol oynaya bilər – beynəlxalq ekspert

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Rüstəmov /

Ölkədə siyasi mənzərə dəyişəcəyi təqdirdə İran "Nabukko" qaz kəməri layihəsində böyük rol oynaya və ona təkan verə bilər. Bu barədə Kolumbiya Universitetinin energetika və ictimai siyasət məsələləri üzrə professoru Albert Bressand bildirib.

"İranda böyük qaz yataqları var, bu ölkədə siyasi mənzərə dəyişərsə, onlardan istifadə etmək olar", - deyə Bressand bazar ertəsi Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan "Qlobal enerji bazarının vəziyyəti və ABŞ-ın yeni administarsiyasının enerji siyasəti" mövzusuna həsr olunmuş Dəyirmi masa zamanı bildirib.  

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəmərinin tikintisinə başlamaq 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təqribən 30 faizi sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti