...

İranın sabiq prezidenti Məhəmməd Xatəminin prezident seçkilərində iştirakdan imtina etməsi İslahatçıların məğlubiyyəti demək deyil

Siyasət Materials 18 Mart 2009 18:08 (UTC +04:00)
İranın sabiq prezidenti Məhəmməd Xatəminin prezident seçkilərində iştirakdan imtina etməsi İslahatçıların məğlubiyyəti demək deyil

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir D.İbrahimova /

İslahatçı-namizəd, İranın sabiq prezidenti Məhəmməd Xatəminin prezident seçkilərində iştirakdan imtina etməsi Mühafizəkarlar düşərgəsinin mövqeyini gücləndirəcək, lakin İslahatçılar düşərgəsindən olan namizədlərin İranda keçiriləcək seçkilərdə qalib gəlmə ehtimalları istisna edilmir.

"İslahatçılar düşərgəsindən olan istənilən namizədin İranın prezident postunu tutmağa şansı var", - deyə Trend -a İran üzrə amerikalı ekspert Kennet Katsman (Kenneth Katzman) bildirib.

İranın sabiq prezidenti, İslahatçılardan olan namizəd Məhəmməd Xatəmi martın 16-dan 17-nə keçən gecə rəsmi şəkildə bəyanat yayaraq iyunda ölkədə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bildirib.

İslahatçılar düşərgəsindən onunla yanaşı, seçkilərdə iştirak etmək üçün İran parlametinin keçmiş spikeri Mehdi Karrubi və İranın sabiq Baş naziri Mir Hüseyn Musəvi də, namizədliyini irəli sürüb. İranın hazırkı Prezidenti, Mühafizəkarlar düşərgəsinin nümayəndəsi Mahmud Əhmədinejad seçkilərdə iştirakını rəsmi olaraq hələ təsdiq etməyib.

Musəvi doqquz il Baş nazir postunu tutub və 1989-cu ildə postundan getdikdən sonra siyasi fəaliyyətlə məşğul olmayıb. Xatəmi bəyanatında seçkilərdə bazar günü görüşdüyü Musəvini dəsdəkləyəcəyini bildirib.

Ekspertlərin rəyinə görə, İran əhalisinin böyük əksəriyyətinin etibar etdiyi Xatəminin prezident postuna namizədliyini geri götürməsi İranın hazırkı Prezidenti Mahmud Əhmədinejadın məxsus olduğu Mühafizəkarlar düşərgəsinin mövqeyini gücləndirə bilər. İran üzrə alman ekspert Mixael Bauer (Michael Bauer) Trend -a bildirib ki, Xatəminin namizədliyini geri götürməsi Mühafizəkarlar düşərgəsinin nümayəndələrinin qələbəyə şansını artıra bilər.

Lakin Mühafizəkarlar düşərgəsinin güclənmə ehtimallarına baxmayaraq, İslahatçılar düşərgəsi nümayəndələrinin qələbə ehtimalları istisna olunmur, çünki ölkə mühafizəkar-prezident Əhmədinejadın apardığı siyasətdən narazıdır.

"Əksər iranlı hesab edir ki, Əhmədinejadın yürütdüyü siyasi kurs ölkənin təcridinə gətirib çıxarıb ki, bu da əhalinin məyusluğuna səbəb olub", - deyə Trend -a elektron poçt ilə Yaxın Şərq məsələləri üzrə mütəxəssis, ABŞ Konqresinin Araşdırmalar Mərkəzinin üzvü Katsman bildirib.

Əhmədinejadın Qərb ilə apardığı qarşıdurma siyasəti İrana qarşı qadağaların tətbiq edilməsi və ölkənin təcridinə gətirib çıxardı. Qərb ilə Tehran arasında əsas maneə İran tərəfindən Birləşmiş Ştatlar və bir sıra Qərb ölkələrinin dinc mahiyyətli olduğuna şübhə ilə yanaşdıqları nüvə proqramını inkişaf etdirməsidir. Tehran isə öz növbəsində nüvə proqramını dinc məqsədlər üçün inkişaf etdirildiyini təkid edir.

Ölkə daxilindəki analitiklər də Əhmədinejadın qələbəsinə şübəhə ilə yanaşırlar və İslahatçılar düşərgəsindən olan istənilən namizədin qələbəsini istisna etmirlər. Lakin, daxili siyasət məsələləri üzrə İran eksperti Əhməd Zeydəbadi (Ahmad Zeydabadi) telefonla Trend -a bildirib ki, İran əhalisinin 70 faizi Əhmədinejadın apardığı nə beynəlxalq, nə də iqtisadi siyasətdən razı deyil və bu onun seçkilərdə qələbə qazanmaq ehtimallarını əhəmiyyətli dərəcədə çətinləşdirəcək.  

2005-ci ildə prezident olan Əhmədinejadın apardığı iqtisadi siyasət Bauerin sözlərinə görə, uğursuz oldu. 2008-ci ilin avqustunda İran Mərkəzi Bankı tərəfindən nəşr olunan "İqtisadi statistika" jurnalının məlumatına görə, İranda 14 mln. nəfərdən çox insan yoxsulluq həddində yaşayır. 2005-ci ildən 2006-cı ilədək olan göstərici bir faiz artıb - 18-dən 19 faizədək. İnflyasiyanın hər il artması ilə əlaqədar olaraq yoxsulluq astanasında yaşayan insanların sayı artır.

Zeydəbadi yaranmış şəraitdə prezident seçkilərinin inkinci turunun keçirilmə ehtimallarını istisna etmir və burada da Əhmədinejadın şanslarını aşağı qiymətləndirir.

Mühafizəkarların düşərgəsində konkret namizədin və vahid mövqeyin olmaması İslahatçıların xeyrinə işləyə bilər. "Əgər əvvəllər prezident postuna bir mühafizəkar-namizədin irəli sürülməsindən söhbət gedirdisə, indi seçkilərdə iştirak üçün bir neçə namizədin irəli sürülməsi danışqlar mövzusudur", - deyə Trend -a telefonla iranlı ekspert Əli Mazrui (Ali Marzui), islahatçı "Birləşmiş İran İslam Cəbhəsi" partiyasının üzvü bildirib.

"Mühafizəkarlar düşərgəsində bir tərəfdən Əhmədinejad və onun ardıcılları, dirər tərəfdən İran parlamentinin hazırkı spikeri Laricani arasında fikir ayrılığı mövcuddur", - deyə Trend -a elektron poçt ilə ekspert Bauer, Almaniyada Siyasətin Tədqiqi üzrə Mərkəzin (Center for applied policy research) elmi əməkdaşı bildirib. Onların arasındakı fikir ayrılıqları Əhmədinejadın ötən il Laricanin İranın Təhlükəsizlik Şurasının sədri vəzifəsindən azad etməsindən sonra yaranıb.

Ekspertlər hesab edirlər ki, İslahatçılar düşərgəsindən olan namizədlərin təkcə mühafizəkar-prezident tərəfindən aparılan uğursuz siyasət sayəsində deyil, həm də şəxsi kefiyyətlərinə görə prezident postunu tutmaq üçün obyektiv şansları var. Bauer bildirib ki, Xatəmidən çox, namizəd Musəvi uğurlu namizəd ola bilər, çünki bir çox mühafizəkarlar ona etibar edir.

Musəvi Baş nazir olarkən İran siyasətinə müəyyən təsir göstərən ölkənin dini lideri Ayətulla İmam Xomeyninin dəstəyini alıb. Musəviyə etibar mühafizəkarların İranın dini liderinin tutduğu mövqeyi dəstəkləməsindən ibarətdir.

Xatəmi ilə müqayisədə Musəvinin uğuru birincinin prezident olarkən bir çox tərəfdarlarının dəstəyini itirməsi ilə də izah oluna bilər. Bu Xatəmiyə hazırda bu postu tutmuq üçün mane ola bilər. "Musəviyə Xatəmiyə nisbətdə daha uğurlu namizəd kimi baxmaq olar, çünki sonuncu siyasətdə sərt mövqe tutanlarla qarşıdurmadan imtina etməklə dəstəyini itirib", - deyə Katsman bildirib.

1997-2005-ci illərdə prezident olduğu zaman Xatəminin vədlərini yerinə yetirməməsi də onun prezident olmasına mane ola və Musəvini daha real iddiaçı edə bilər.

"Xatəmi özünü prezident kimi səmərəli göstərə bilmədi və bu onun seçkilərdə qələbəsinə mane ola bilər", - deyə Trend -a elektron poçt ilə Amerikanın Corc Meyson Universitetinin (George Mason University) beynəlxalq münasibətlər departamentinin professoru Mark Kats (Mark Katz) bildirib.
Xatəmi hökumətin xalqın istəyinə uyğun fəaliyyət göstərəcəyinə vəd vermişdi, lakin verdiyi vədlərə əməl edə bilmədi. Dövlət qismən demokratikləşdirilmişdi.

Xatəminin seçkilərdə iştirakdan öz namizədliyini geri götürməsinin səbəbi islahatçı-namizədlərin çox hissəsinin İslahatçılar düşərgəsinin hər hansı bir nümayəndəsinin ayrılıqda seçkilərdə qələbə üçün kifayət qədər səs toplamasına imkan verməyəcəkləridir.

"Məhəmməd Xatəmi İslahatçılar düşərgəsindən İranın prezident postuna çox sayda nümayəndənin namizədliyini irəli sürməsi səbəbindən İranın prezident postuna namizədliyini geri götürdü", - deyə Trend -a telefonla prezidentin sabiq müavini Məhəmməd Əli Abxati bildirib. Abxati bildirib ki, Xatəmi İslahatçılar düşərgəsindən olan digər namizəd Mirhüseyn Musəvinin xeyrinə seçkilərdə iştirakdan imtina edib. Ekspertlər hesab edirlər ki,  Xatəminin dəstəyi Musəvinin seçkilərdə qələbə qazanmasına kömək ola bilər.

Məqalənin hazırlanmasında T.Cəfərov, E.Tariverdiyeva da iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti