...

Vyetnam və Özbəkistan XİN-lərarası məsləhətləşmələr keçiriblər

Siyasət Materials 19 Mart 2009 01:00 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 19 mart / Trend , müxbir T.Jukov/

Daşkənddə Özbəkistan və Vyetnam Sosialist Respublikasının xarici siyasət idarələrinin məsləhətləşmələrinin ikinci raundu keçirilib.

Özbəkistan XİN-in mətbuat xidmətindən Trend -a verilən məlumata əsasən, məsləhətləşmələr xarici işlər naziri müavinləri səviyyəsində aparılıb. Vyetnam nümayəndə heyyətinə ölkənin xarici işlər nazirinin müavini Nquen Kuok Kyunqa başçılıq edib.

"Tərəflər ikitərəfli münasibətlərin siyasi, ticari-iqtisadi və mədəniyyət-humanitar tərəflərini müzakirə ediblər. Bundan əlavə regional əhəmiyyətli aktual mövzularda fikir mübadiləsi aparılıb. Qlobal və regional xarakterli məsələlərdə, o cümlədən Əfqanıstanla bağlı təhlükəsizlik və stabillik məsələlərində tərəflərin mövqelərinin oxşarlığı xüsusi vurğulanıb", - Özbəkistan xarici siyasət idarəsinin məlumatında deyilir.

Danışıqlar zamanı maliyyə böhranı şəraitində sərmayə əməkdaşlığı məsələlərinə də yer ayrılıb. Əsasən birgə müəssisələr yaradılması barədə imkanlar və Nəvaidə iqtisadi zonanın yaradılması məsələsi nəzərdən keçirilib.  

İki ölkə arasında XİN-lərarası məsləhətləşmələrin növbəti raundunun və hökumətlərarası komissiyanın iclası 2010-cu ildə Hanoyda keçiriləcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti