...

Haaqada "Əfqanıstan-2009" konfransında Gürcüstan XİN-in nümayəndələri iştirak edəcəklər

Siyasət Materials 23 Mart 2009 14:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirtsxaliya /

Haaqada həftənin sonunda Gürcüstan Xarici İşlər İdarəsinin nümayəndələrinin də iştirak edəcəyi BMT üzv dövlətlərinin xarici işlər nazirlərinin konfransı keçiriləcək. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə ölkənin xarici işlər naziri Qriqol Vaşadze bildirib.

Onun sözlərinə əsasən, Haaqada "Əfqanıstan-2009" adlı konfrans keçiriləcək.

Gürcüstan ərazisi NATO yüklərinin Əfqanıstana daşınmasında tranzit yol kimi qiymətləndirilir. Tbilisi artıq bu dəhliz təşkilatına razılıq verib, hazırda isə Şimali Atlantika Alyansı rəhbərliyi Gürcüstan və Azərbaycan ərazisindən yüklərin daşınması imkanlarını nəzərdən keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti