...

Şimali Atlantika Alyansının Parlament Assambleyasının prezidenti Tbilisidə NATO-Gürcüstan münasibətlərini müzakirə edəcək

Siyasət Materials 26 Mart 2009 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Parlamentindən verilən məlumata əsasən, NATO Parlament Assambleyasının prezidenti Con Tannerin 7-8 apreldə baş tutacaq Tbilisiyə səfəri çərçivəsində Şimali Atlantika Alyansı ilə Gürcüstan münasibətləri müzakirə ediləcək.

Səfər çərçivəsində Tanner Gürcüstan Prezidenti Mixail Saakaşvili, parlament sədri David Bakradze, Baş nazir Nikoloz Qilauri və vitse-premyer Qiorqi Baramidze ilə görüş keçirəcək.

Tanner Abxaziya və Cənubi Osetiya ilə sərhəd rayonlarda olan Avropa İttifaqının müşahidəçiləri ilə də görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti