...

BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirmir - RF-nin BMT-dəki daimi nümayəndəsi

Siyasət Materials 30 Mart 2009 14:21 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirmir - RF-nin BMT-dəki daimi nümayəndəsi

Rusiya, Moskva, 30 mart / Trend , müxbir R.Ağayev /

BMT Təhlükəsizlik Şurası nüvə proqramı üzündən İrana qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirmir", - bazar ertəsi RF-nin BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin RİA Novosti-dəki mətbuat konfransı zamanı deyib.

"Hazırda heç kim əlavə sanksiyaları təklif etmir və TŞ-də bu mərhələdə bu məsələ haqda yeni müzakirələr nəzərdə tutulmayıb", - Çurkin bildirib.
 

"Rusiya tərəfinin fikrincə, İranda baş verənləri müəyyən etmək və nüvə proqramının nüvə silahının yaradılmasına aparmadığını müəyyən etmək üçün İran probleminin həllində aparıcı rolu MAQATE oynamalıdır", - Çurkin qeyd edib.

"Biz ümid edirik ki, bu ciddi bir dialoq olacaq və məsələ TŞ-yə bir də qayıtmayacaq, bu durum bizim əvvəlcədən çağırdığımız siyasi və diplomatik yolla həll olunacaq", - Çurkin bildirib.

Onun fikrincə, beynəlxalq ictimaiyyət problemli məsələnin həllində çox vacib rol oynayacaq ABŞ-İran münasibətlərində konstruktiv dialoqa ümid edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti