...

Gürcüstanın NATO-ya daxil olmaq şansı elə də böyük deyil – parlamentin sabiq spikeri

Siyasət Materials 8 Aprel 2009 12:49 (UTC +04:00)
Gürcüstanın NATO-ya daxil olmaq şansı elə də böyük deyil – parlamentin sabiq spikeri

Gürcüstan, Tbilisi, 07 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Ötən ilin avqustunda baş verən hadisələr səbəbindən Gürcüstanın NATO-ya daxil olmaq şansı elə də böyük deyil", - Trend -a "Demokratik Hərəkat - Vahid Gürcüstan" partiyasının lideri, Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze deyib.

O, NATO-nun Strasburqdakı sammitində Gürcüstan və Ukraynanın mütləq NATO üzvü olacağı barədə qəbul edilmiş kommunikeyə şərh verərkən belə deyib. Bu üzvlüyün vaxtı barədə heç nə deyilməyib.

"Təəssüf ki, bizim yaxın gələcəkdə NATO-ya daxil olmaq şansımız çox azdır", - Burcanadze bildirib. Bununla yanaşı o, qeyd edib ki, NATO sammitinin Gürcüstan üçün "alyansın qapıları açıq olaraq qalır" fikrini rəsmən təsdiqləməsi çox vacibdir.

"Amma NATO standartarına çatmaq üçün biz çox çalışmalıyıq. Bizi çox çətin və ağır bir iş gözləyir", - Burcanadze qeyd edib.

Dekabrın 2-3-də NATO XİN rəhbərlərinin Brüsseldəki görüşündə alyans ölkələri Tbilisinin NATO üzvlüyünə namizəd statusunu almağa hazır olmadığını hesab edib və NATO üzvlüyü üzrə fəaliyyət planının təqdimatını qeyri-müəyyən vaxta ertələyib. Birinci dəfə Gürcüstanın NATO üzvlüyünə qəbul edilməsi cəhdi 2008-ci ilin aprelində Buxarestdə uğursuz olub. Ancaq məhz həmin zaman Gürcüstanın blokun üzvü olacağı danışılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti