...

Gürcüstan müxalifətinin aksiyaları ölkənin beynəlxalq vəziyyətinə zərbə endirəcək – ekspertlər

Siyasət Materials 9 Aprel 2009 09:00 (UTC +04:00)
Gürcüstan müxalifətinin aksiyaları ölkənin beynəlxalq vəziyyətinə zərbə endirəcək – ekspertlər

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir E.Tariverdiyeva /   

Ekspertlərin fikrincə, müxalifətin kütləvi aksiyaları Gürcüstandakı demokratik və iqtisadi proseslərə mənfi təsir edəcək.

"Müxalifət odla oynayır və nəticə onların gözlədiyi kimi olmaya bilər. Prezident Saakaşvilinin istefasını zorla əldə etməyə cəhd göstərmək təhlükəli strategiyadır və Gürcüstanın bütün demokratik layihələrinin üstündən xətt çəkə bilər", - Qafqaz üzrə britaniyalı ekspert Ziba Norman deyib.

Gürcüstan müxalifəti aprelin 9-da Prezident Mixail Saakaşvilinin istefası tələbi ilə Tbilisidə böyük miqyaslı mitinq keçirməyə hazırlaşır.

Gürcüstan Prezidenti Saakaşvili müxalifəti dialoqa çağırır. "Hökumətlə müxalifətin bir-birinin istəkləri ilə maraqlanmaması dəfələrlə Gürcüstanda fəlakətə səbəb olub. Nəzər salsaq görərik ki, torpaqlarımızın 20 faizi işğal altındadır, təhlükə sovuşmayıb və torpaqları azad etmək lazımdır", - Prezident Saakaşvili jurnalistlərə deyib. RİA Novosti xəbər verir.

Ekspert hesab edir ki, Saakaşvilinin istefası tələbinə səbəb Gürcüstanın parçalanmasına gətirən 2008-ci il avqust hadisələrinin facivə nəticələri və Rusiya ilə aparılan qarşıdurmada Saakaşvilinin məsuliyyət daşımasıdır.

Avqustun 8 nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər qurulub.

Avqustun 12-də RF Prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Siyasətçilərin fikrincə, müxalifətin hərəkətləri Gürcüstan demokratiyasına və iqtisadiyyatına ağır zərbə vuracaq.

"Aksiyalar üzündən Fitch agentliyi Gürcüstanın reytinqini aşağı salıb və bu, xarici ölkələrdən Gürcüstana sərmayə cəlb olunmasını bir qədər çətinləşdirəcək", - Londonun Transatlantika İnstitutunun direktoru Ziba Norman Trend -a bildirib.

Fitch Ratings beynəlxalq reytinq agentliyidir. Onun fəaliyyəti emitentlərin kredit imkanlarını vaxtında və dəqiq qiymətləndirib təqdim etməkdən, yüksək keyfiyyətli kredit analizinin həyata keçirilməsindən, emitent, banker və investorlara yüksək səviyyəli analitik xidmətlərin göstərilməsindən ibarətdir.

Normana görə, müxalifət hansı mənfəət götürdüyünə baxmayaraq, yaranmış vəziyyətin vura biləcəyi ziyanı da nəzərə almalıdır. Ekspetin sözlərinə əsasən, hakimiyyət Gürcüstanın ərazi bütövlüyü və sabitliyi barədə düşünməyən qüvvələr tərəfindən zəbt edilə bilər.
"Gürcüstanın coğrafi mövqeyini nəzərə alsaq görərik ki, müxalifət məsələnin incə həllini tapmalıdır. Müxalifət hər dəfə seçilmiş prezidentləri tutduğu vəzifədən çıxarmağa cəhd etsə millətin həyat qabiliyyəti sual altında qala bilər", - Norman deyib.

Norman hesab edir ki, Prezidentin dərhal istefası və növbədənkənar seçkilər nəticəsində Gürcüstanda vəziyyətin düzələcəyini hesab etmək sadəlövhlük olardı. 

Müşahidəçilərin fikrincə, müxalifət liderləri daha diplomatik vasitələr axtarmalı və hakimiyyətlə dialoqa getməlidirlər.

Müstəqil gürcü politoloqu Mamuka Areşidze hesab edir ki, müxalifət-iqtidar qarşıdurmasında ixtilafda az maraqlı olan və normal dövlətdə yaşamaq istəyən ictimaiyyət öz rolunu oynaya bilər. "Müxalifətlə iqtidarın nə dərəcədə buna hazır olduğunu görəcəyik", - Areşidze deyib.

Politoloqların fikrincə, etiraz aksiyaları ilə bağlı proqnozlar vermək hələ tezdir.

"Gürcüstanda siyasi vəziyyət müxalifətdən çox Prezident Saakaşvilidən asılıdır. Müxalifətin Saakaşvilinin istefasına nail olacağını demək çətindir. Hər şey dövlət başçısının hərəkətlərindən asılıdır", - Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze Trend -a deyib.

Areşidzenin fikrincə, etiraz aksiyası ilə bağlı proqnozlar irəli sürmək çox çətindir. Çünki müxalifətdə, o cümlədən radikallar sırasında da hakimiyyətlə dialoqa getməyi istəyən qüvvələr var. Lakin onlar bunu açıq deyə bilmirlər.

Onun sözlərinə əsasən, hakimiyyətin hansı güzəştlərə hazır olmasının qaranlıq qalması vəziyyəti daha da qəlizləşdirir. "Bunlar əsəb gərginliyi yaradır və etiraz aksiyası ilə bağlı proqnozları qeyri-mümkün edir", - Areşidze deyib.

Materialın hazırlanmasında Y.Ostapenko iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti