...

Azərbaycanın milli təhlükəsizlik naziri özbək və belarus həmkarlarını qəbul edib

Siyasət Materials 8 Aprel 2009 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin sədri Rustam İnoyatov və Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul edib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən çərşənbə günü Trend -a verilən məlumata görə, milli təhlükəsizlik naziri, general-leytenant Mahmudov görüşdə ölkələrimiz arasında tarixi-mədəni və dostluq əlaqələrinin olduğunu vurğulayıb.

Nazir Azərbaycanda təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizə sahəsində MTN tərəfindən görülən işlər barədə danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və digər faktorlar, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə məlumat verib.

Qonaqlar İnoyatov və Zaytsev belə görüşlərin hər iki dövlətin təhlükəsizlik maraqlarının səmərəli qorunmasında böyük əhəmiyyət daşıdığını söyləyib, xalqlarımızın mənafelərinin və təhlükəsizliyinin təmin olunması naminə xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin inkişafından məmnun qaldıqlarını qeyd ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti