...

ABŞ Dövlət Departamenti hakimiyyət və müxalifəti nümayişlərin dinc şəraitdə keçirilməsini təmin etməyə çağırır

Siyasət Materials 9 Aprel 2009 13:48 (UTC +04:00)
ABŞ Dövlət Departamenti hakimiyyət və müxalifəti nümayişlərin dinc şəraitdə keçirilməsini təmin etməyə çağırır

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxalia /

ABŞ Dövlət Departamenti hakimiyyət və müxalifəti nümayişlərin dinc şəraitdə keçirilməsini təmin etməyə çağırır. Bu barədə Dövlət Departamenti tərəfindən dünən yayılan məlumatında bildirilir.

"ABŞ Gürcüstanın dostu kimi, bu ölkənin hər bir vətəndaşının demokratiya quruculuğuna yönələn səylərini dəstəkləyir. Bizim ikimizin də paylaşdığı demokratiyaya səy strateji tərəfdaş kimi ölkələrimizi bir-birinə bağlayan ümumi dəyərləri özündə əks etdirir", - deyə bəyanatda bildirilir.

ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini və 9 aprel etiraz aksiyasının bütün iştirakçılarını nümayişlərin heç bir güc tətbiq edilmədən dinc keçirilməsini təmin etməyə çağırıb. Bəyanatda bildirilir ki, dinc etiraz demokratiyanın və siyasi baxışların münasib və mühüm ifadə formasının vacib hissəsidir.  

"Bütün siyasi qüvvələr dialoqa qoşulduqları, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdikləri zaman, o cümlədən Seçki Məcəlləsi və siyasi mühit, məhkəmə hakimiyyəti və KİV azadlığı ilə bağlı demokratik islahatların aparılması üçün çətin işlərin icrası istiqamətində əməkdaşlıq etdikləri zaman demokratiyanın qurulmasına yardım etmək mümkündür", - deyə sənəddə bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti