...

Türkiyə müxalifətinin və Azərbaycan hökumətinin sərt mövqeyi Ermənistanla sərhədlərin açılmasının qarşısını alıb - Con Hopkins Universitetinin tədqiqat direktoru

Siyasət Materials 13 Aprel 2009 15:20 (UTC +04:00)
Türkiyə müxalifətinin və Azərbaycan hökumətinin sərt mövqeyi Ermənistanla sərhədlərin açılmasının qarşısını alıb - Con Hopkins Universitetinin tədqiqat direktoru

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir R.Hafizoğlu /

ABŞ-ın Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutu hesab edir ki , Ərdoğan hökuməti Ermənistanla sərhədləri qeyri şətrsiz açmağa hazır idi.

"Ədalət və İnkişaf Partiyası Türkiyə-Ermənistan sərhədlərini qeyri şərtsiz açmağa hazır idi. Lakin bələdiyyə seçkilərində az səs toplaması, müxalifətin buna qarşı olması və Azərbaycan hökumətinin sərt mövqeyi bunun qarşısını aldı ", - deyə bazar ertəsi İsveçədən telefonla Trend -a universitetin tədqiqat direktoru Svante Kornel bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Türkiyə və Azərbaycan ictimaiyyətinin ciddi narazılığından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyıb Erdoğan ötən həftə jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ problemi həll olunmayana qədər Türkiyənin Ermənistanla sərhədləri açmayacağını bəyan etdi.

Türkiyədə martın 29-da keçirilən yerli bələdiyyə seçkilərində AKP 38.9 faiz səs qazanıb. 2007-ci ildə keçirilən seçkilərdə isə AKP 46.58 faiz səs toplamışdı.

Kornelin firkincə, Türkiyə-Ermənistan sərhədinin açılması ilə ermənilər "soyqırım" məsəsləsində güzəşt etməyəcəklər. "Türkiyə-Ermənistan sərhədi açılsa belə, erməni lobbisindəki radikal qruplar bu iddiadan əl çəkməyəcəklər", - universitetin tədqiqat direktoru deyib.

Qondarma erməni soyqırımı məsələsinin ABŞ-da yenidən gündəmə gətirilməsinə münasibət bildirən Kornel bunun ABŞ üçün ciddi bir məsələ olmadığını bildirib.

"Soyqırım" məsələsi əslində ABŞ üçün bir o qədər də ciddi məsələ deyil. Bu, ən çox ABŞ-dakı erməni lobbisnin problemidir", - deyə o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti