...

Müxalifət Gürcüstanda prezident iqamətgahı qarşısında 24 saatlıq piketə başlayır

Siyasət Materials 13 Aprel 2009 17:39 (UTC +04:00)
Müxalifət Gürcüstanda prezident iqamətgahı qarşısında 24 saatlıq piketə başlayır

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Müxalifət liderləri Gürcüstan prezidentinin iqamətgahı qarşısında gecə-gündüz aksiya keçirmək qərarına gəliblər. Bu barədə bu gün Gürcüstan parlamenti qarşısında keçirilən aksiya zamanı 10 min nəfərə yaxın mitinq iştirakçısı önündə Kaxa Kukava deyib.

"Biz prezident iqamətgahı önündə Saakaşvili istefaya gedənədək qalacağıq", - Kukava qeyd edib.  

Buna baxmayaraq müxalifət tərəfdarlarının əsas hissəsini parlament qarşısında saxlayacaq.

Müxalifət tərəfdarları parlament qarşısında yol hərəkətinin bərpa olunmaması məqsədilə yola oturacaqlar düzüblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti