...

Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir göstərə bilər - Milli Məclis deputatı

Siyasət Materials 15 Aprel 2009 22:43 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir göstərə bilər - Milli Məclis deputatı

Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir göstərə bilər. Belə bir bəyanatla Türkiyədə səfərdə olan Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib. O digər azərbaycanlı parlamentariləri ilə birgə qonşu ölkəyə Türkiyə Böyük Millət Məclisinin Milliyətçi-Hərəkat Partiyasından olan deputat Şenol Balın dəvəti ilə səfərə gedib.

Türkiyənin Cihan agentliyinin məlumatına görə, Qənirə Paşayeva Ankarada Milliyətçi-Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşüb. Görüş zamanı Qənirə Paşayeva bildirib ki, Baxçalının Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünsüzlüyü haqda bəyanatı Azərbaycanda müsbət qarşılanıb.

Çıxışlarının birincə Baxçalı bəyan edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmayanədək sərhədlərin açılması mümkün deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Qənirə Paşayeva həmçinin qeyd edib ki, Azərbaycan xalqı Türkiyədə cərəyan edən prosesləri diqqətlə izləyir.

Xəbər lenti

Xəbər lenti