...

İsrail səfiri Türkmənistanda akkreditasiya alıb

Siyasət Materials 18 Aprel 2009 12:37 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 18 aprel / Trend , müxbir H.Həsənov /

"Türkmənistan parlamentinin spikeri A.Nurberdıyeva İsrailin Türkmənistandakı yeni fövqəladə və səlahiyyətli səfiri Şemi Tsuranın etimadnaməsini qəbul edib", - bu gün yerli KİV xəbər verir.

Görüş zamanı tərəflər mümkün əməkdaşlıq, xüsusilə turizm, kənd təsərrüfatı, eləcə də humanitar sahədə əməkdaşlığın tərəflərini müzakirə ediblər. Diplomatın bildirdiyinə görə, İsrailin işgüzar dairələri böyük resurs və iqtisadi potensiala malik Türkmənistanla əməkdaşlığa "yüksək maraq" nümayiş etdirir.

İsrail kapitalı Türkmənistanda uzun müddət bir sıra böyük müəssisələrin, xüsusilə Türkmənbaşı şəhərində neft emalı zavodunun yenidən qurulmasında iştirak etmiş "Merxav" şirkəti ilə təmsil olunub.

Aşqabadda israilli diplomatı Türkmənistanın daxili və xarici siyasətinin əsas istiqamətləri, həmçinin türkmən parlamentinin fəaliyyəti ilə tanış ediblər.

İsrail səfirinin Türkmənistan XİN-in rəhbəri Rəşid Meredovla görüşü də nəzərdə tutulub.

İsrail milli internet portalı IzRus xəbər verir ki, Tsura qeyri-rezident səfir funksiyasını yalnız Türkmənistan deyil, Tacikistanda da yerinə yetirir.

"Amma ola bilər ki, o, bu vəzifədə çox qalmasın və onun yerinə türkmən paytaxtında İsrailin daimi olsun", - israilli mənbə yazır. Məlumatda əlavə olunur ki, 1990-cı illərdən bu yana İsrail səfirliyi Mərkəzi Asiyalanın beş ölkəsindən yalnız ikisində - Özbəkistan və Qazaxıstanda fəaliyyət göstərir.

Türkmənistanın da İsraildə daimi nümayəndəliyi yoxdur. Aşqabad tərəfdən ikitərəfli diplomatik əlaqələri, ən azından nominal formada Türkiyə səfiri həyata keçirir, IzRus yazır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti