...

İsrail İran və Rusiya arasında olan hərbi əməkdaşlığı korlaya bilməz - İranın müdafiə naziri

Siyasət Materials 24 Aprel 2009 14:28 (UTC +04:00)
İsrail İran və Rusiya arasında olan hərbi əməkdaşlığı korlaya bilməz - İranın müdafiə naziri

"İran və Rusiya arasında əlaqələr dərin və genişdir, "sionist rejim" bu əlaqələri korlaya bilməz", - İranın müdafiə naziri bildirib. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

"Baxmayaraq ki, sionist rejim (İsrail) diplomatik səylər göstərməklə və təbliğat aparmaqla İran və Rusiya əlaqələrini, xüsusilə də hərbi əməkdaşlığı korlamaq istəyir, İran və Rusiya arasında əlaqələr hələ də dərin və genişdir", - deyə İranın müdafiə naziri general Mustafa Nəccar aprelin 24-də bildirib.

Nəccar deyib ki, İran Rusiya ilə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq edir, onlar İranın Buşehr nüvə stansiyasında və digər sahələrdə sərmayələr yatırıblar.

İran və Rusiya arasında 2005-ci ildə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Moskva Tehranı RF Müdafiə Nazirliyinin istifadəsində olan S-300PMU1 zenit-raket sistemi ilə təmin etməlidir.

Bununla belə, Rusiya tərəfi silahın müdafiə xarakterli olduğunu və mühüm obyektlərin hava hücumundan qorunması məqsədi ilə istifadə edildiyini bildirib.

Bundan əvvəl, Rusiya İranı Top-M1 zenit-raket sistemləri ilə təmin edib. ABŞ və İsrail dəfələrlə Rusiyanın İrana S-300 sistemi verəcəyindən narahat olduqlarını bildiriblər. Müşahidəçilər qeyd edirlər ki, Rusiyanın İranla razılaşmadan imtina etməsi İsraillə əlaqələrinin bərpa olunması və ABŞ-la əlaqələrinin yaxşılaşdırılması marağından irəli gəlir.

Xəbər lenti

Xəbər lenti