...

AŞPA-da Azərbaycanda keçirilmiş referendumla bağlı sənəd yayılıb

Siyasət Materials 29 Aprel 2009 11:14 (UTC +04:00)

Fransa, Strasburq, 29 aprel / Trend , müxbir A.Məhərrəmli /  

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynovun martın 18-də ölkədə keçirilmiş referendumla bağlı mövqeyinin əks olunduğu sənəd qurumun Bürosunun və Daimi Komitəsinin hesabat məruzəsinə əlavə olaraq nəşr etdirilib. Trend -un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Hüseynov məlumat verib.

"Azərbaycanın qısa müddət ərzində əldə etdiyi nailiyyətlər böyük ölçüdə Avropa Şurasının uğurudur və bu təşkilatın müsbət fəaliyyətinin əyani göstəricisidir. Azərbaycan yarım il ərzində iki ciddi imtahandan keçdi. 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkiləri, 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum tam şəffaf, xalqın böyük mütəşəkkilliyi və aktivliyi şəraitində baş tutdu", -sənəddə deyilir. 

Trend -un arayışı: Azərbaycanda referendum martın 18-i keçirilib. Azərbaycan MSK-nın səsvermənin yekunu üzrə elan olunan yekun nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər ölkə seçicilərinin 87-92 faizi tərəfindən dəstəklənib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılmışdı.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaksiyasının, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaksiya ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

2009-cu ilin mart ayında Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirlmiş referenduma toxunan millət vəkili bunun ölkədəki demokratik inkişafın mötəbər təsdiqinə çevrildiyini qeyd edib.

Sənəddə Azərbaycanda bərqərar olmuş yeni seçki mədəniyyəti AŞ-nin illərlə reallaşması üçün mübarizə apardığı demokratik dəyərlərin toplu halında ifadəsi kimi göstərilib. "Bu həm hüquqi dövlət quruculuğunun, həm demokratik təsisatların işləməsinin, həm xalqın artan siyasi fəallığının, həm söz və mətbuat azadlığının, həm insan hüquqlarının daha geniş çərçivədə təmin edilməsinin toplu halında imtahandan keçməsi deməkdir", - sənəddə qeyd olunub. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti