...

Xarici dövlətlərin prezidentləri və rəsmi şəxsləri ADNA-da baş vermiş olayla bağlı Azərbaycan prezidentinə başsağlığı veriblər

Siyasət Materials 1 May 2009 21:59 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş dəhşətli faciə ilə bağlı xarici dövlətlərin prezidentlərindən və hökumət üzvlərindən Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubları gəlməkdədir.

Dövlət informasiya agentliyi AzərTAc-ın məlumatına görə, Ukrayna prezidenti Vktor Yuşşenko, Latviya prezidenti Valdis Zatlers,  Estoniya parlamenti sədrinin müavini Kristina Oyuland və Bilkənt Universitetinin qurucusu, doktor İhsan Doğramacı aprelin 30-da Bakıda baş vermiş dəhşətli olayla əlaqədar Azərbaycan prezidentinə başsağlığı veriblər.

Xəbər lenti

Xəbər lenti