Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxaliya /
Səhər saat 9-dan etibarən Gürcüstan müxalifəti İctimai Televiziyanın qarşısında "rüsvayçılıq dəhlizi" təşkil edib və telekanalın əsas girişində "həbsxana kamerası" quraşdırıb. Televiziya əməkdaşları iş yerlərinə gələrkən məcburi surətdə sözügedən kameradan keçməli olurlar.
"Rüsvayçılıq dəhlizindən" "Mir" teleşirkətinin işçiləri də keçməli olub. Televiziya əməkdaşlarının etirazına baxmayaraq, piketi təşkil edənlər güzəştə getməyiblər.
"Gürcüstan əhalisi bu telekanalı təmin etmək üçün küllü miqdarda vəsait sərf etdiyi halda, Mixail Saakaşvili onu öz təbliğat aləti kimi işlədir", - "Yeni sağçılar"ın lideri Pikriya Çixradzeni jurnalistlərə deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]