...

Azərbaycan Prezidenti ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbərini qəbul edib

Siyasət Materials 4 May 2009 17:57 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankoreli qəbul edib, bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə ATƏT arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, əməkdaşlığın müxtəlif istiqamətlərinə dair ATƏT-in Bakı ofisinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə Cankoreli təbrik edib və fəaliyyətində ona uğurlar arzulayıb. Cankorel Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti