...

Dünyada bir çox qərarlar İranın qərarlarından asılıdır - İran Prezidenti

Siyasət Materials 7 May 2009 15:58 (UTC +04:00)

"İran xalqı bu gün çox fəxr ediləcək bir məqamdadır, bu gün dünyada baş verən proseslərin bir çoxu ilə bağlı qərarlar İranın qərarlarından asılıdır", - deyə İran Prezidenti Mahmud Əhmədinejad cümə axşamı İranda şəhid ailələri ilə görüşü zamanı bildirib.

Mehr Agentliyinin mayın 7-də verdiyi məlumata əsasən, Əhmədinejad bildirib ki, İran xalqının dözümlülüyü və canından keçməsinin nəticəsidir ki, bu gün İran xalqı dünyada baş verən proseslərdə əsas təsir etmək gücünə malikdir.

"Bu gün İran xalqı dünyada baş verən proseslərdə aktiv iştirak edir və həmin proseslərdən qələbə qazanaraq çıxır, hamı İran xalqının rəyi ilə razılaşır", - deyə Əhmədinejad bildirib.

Əhmədinejad bildirib ki, İran xalqının dözüm göstərməsi və canını fəda etməsi hələ də davam edir. "Nə vaxta qədər ki, İran xalqı bu hisslərlə yaşayır, heç bir gücün qarşısında baş əyməyəcək", - deyə Əhmədinejad bildirib.

Xəbər lenti

Xəbər lenti