Bu gün Praqada Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Abdullah Gül arasında ikitərəfli görüş keçirilib.
İki ölkə lideri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Türkiyə-Ermənistan münasibətləri, həmçinin energetika məsələlərini müzakirə ediblər.
Görüş Türkiyə prezidentinin qaldğı "Four Seasons Hotel" mehmanxanasında baş tutub, xəbəri Türkiyənin "Cihan" informasiya agentliyi yayıb.
CNN Turk telekanalının verdiyi məlumata görə, görüş 45 dəqiqə çəkib.