...

Azərbaycan Prezidenti ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvlərini qəbul edib

Siyasət Materials 12 May 2009 20:52 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvlərini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlətimizin başçısı ABŞ nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq, ölkəmiz haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaq və ikitərəfli əməkdaşlığımıza töhfə vermək baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə İlham Əliyev Azərbaycanın iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, regionda gedən proseslər və digər məsələlərlə bağlı qonaqları maraqlandıran suallara cavab verib.

Xəbər lenti

Xəbər lenti