...

Əfqanıstanda kamikadzenin özünü partlatması nəticəsində yeddi nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 May 2009 12:51 (UTC +04:00)

Əfqanıstanın şərqində yerləşən ABŞ-ın hərbi bazası yaxınlığında kamikadzenin özünü partlatması nəticəsində yeddi nəfər həlak olub, təqribən 20 nəfər yaralanıb. BBC-nin yaydığı xəbərə görə, bu barədə Amerika hərbçiləri xəbər veriblər.

Əfqanıstanın AVA-Press agentliyinin məlumatına görə, yeddi nəfər partlayışın qurbanı olub, 21 nəfər yaralanıb. Dairə polisinin komandiri Əbdul Qəyyum Baqisoy AVA-Press-ə bildirib ki, insident Host əyalətində baş verib.

AVA-Press agentliyinin yaydığı xəbərə görə, "Taliban" nümayəndələrindən biri terakta görə məsuliyyəti "Taliban" hərəkatının daşıdığını bildirib.

Xəbər lenti

Xəbər lenti