...

Prezident Sarkisyanın "Digər" xarici siyasi kursu – Trend News-un icmalçısı

Siyasət Materials 19 May 2009 09:43 (UTC +04:00)
Prezident Sarkisyanın "Digər" xarici siyasi kursu – Trend News-un icmalçısı

Elmira Tariverdiyeva, Trend -un Avropa redaksiyasının icmalçısı

Müşahidəçilər və vasitəçilər Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində ciddi tərəqqi barədə olmasa da, əhəmiyyətli irəliləyişlər haqqında danışmaqdan yorulmurlar. Və həqiqətən də Serj Sarkisyanın son prezidentlik ili ərzində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesi güclənib və hətta sistemli mahiyyət alıb - iki ölkə prezidenti il ərzində dörd dəfə görüşüblər.

Bundan əlavə, məhz bu il Türkiyə və Ermənistan arasında on yeddi illik susqunluq pozulub. İlkin şərtlərə riayət olunmaqla hətta bu ölkələr arasında sərhədlərin açılması üçün imkan da yarandı.

Ermənistanın xarici siyasi kursunu şərti olaraq üç dövrə bölmək olar: Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın siyasət dövrü. Sarkisyan hakimiyyətə gələn kimi ona qədər heç bir prezidentin etmədiyi xarici siyasət məsələlərini dərhal fəal şəkildə həll etməyə başladı.

Yerevan xarici siyasi kursunu keyfiyyətli və hiss olunacaq dərəcədə dəyişdi. Bəs bu Ermənistanın siyasi elitasını və isteblişmentini şad etdimi? Əfsuslar olsun ki, yox.

Hazırda Serj Sarkisyan öz ölkəsi daxilində və əzəmətli dünya erməni diasporu ilə münasibətlərində olduqca mürəkkəb vəziyyətdədir. Türkiyə ilə diplomatik münasibətlərin qurulması siyasəti ilə razılaşmaması səbəbindən "Daşnaksütyun" partiyası hakim koalisiyadan çıxdı və müxalifət qüvvələrinin tərəfinə keçdiyini bəyan etdi.

Partiyanın milliyönlü və dünyadakı erməni lobbisi ilə sıx əlaqələrinin olduğunu nəzərə alsaq, "Daşnaksütyun" hazırkı hakimiyyət üçün ciddi potensial rəqibdir.

"Daşnaksütyun" hakim koalisiyadan çıxmaqla, ilk növbədə partiyaya müxalif qüvvələrin inqilabi rəngini verən və onu koalisiya siyasətinin nəticələrinə görə məsuliyyətdən xilas edən bu addımın siyasətdaxili səmərələrinə doğru istiqamət aldı. Partiya nümayəndələri Sarkisyan siyasətinin uğursuzluğunu dəfələrlə məhz Dağlıq Qarabağ və Türkiyə prosesləri ilə əlaqələndiriblər.

Ermənilərin özgə torpağına sahib olmaq kimi arzuları məhz Sarkisyanın prezidentliyi dövründə təhlükəyə məruz qaldı. Adi əhali üçün hətta sazişin əldəolunma ehtimalları barədə fikir belə təhqir sayılır. Misal olaraq göstərmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində danışıqların əsas aparıcısı olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan mətbuatının xüsusi mövqeyindən istifadə etmirlər. Və ölkə başçısının həm vasitəçilər, həm də Türkiyənin siyasi sisteminin nümayəndələri ilə bağlı fəaliyyətinin tənqidi Ermənistanın siyasi arenasında da tez-tez eşidilir.

"Mediamaks"ın verdiyi xəbərə görə, Ermənistanın "Daşnaksütyun" inqilabi federasiyası parlament fraksiyasının rəhbəri Vaan Ovannisyan hesab edir ki, hazırda Dağlıq Qarabağ problemi ətrafında təhlükəli vəziyyət yaranıb. "Bu vəziyyət bizim Türkiyə ilə münasibətlərdə aparılan ağılsız siyasətimiz nəticəsində yaranıb. Axı sirr deyil ki, Türkiyə-Ermənistan münasibətlərinin bərpa olunması üçün əsas şərtlərindən biri məhz Qarabağda erməni maraqlarının azərbaycanlıların maraqlarına tabe olmasıdır və Ermənistan tərəfini güzəştlərə getməyə məcbur etməkdir", - deyə Ovannisyan bildirib.

Buradan belə çıxır ki, Qarabağ məsələsində həqiqətən də baza sənədinin imzalanması səviyyəsində irəliləyişlər olarsa, Ermənistanı qızğın siyasətdaxili hadisələr və hətta ola bilsin ki, rəhbərliyin dəyişidirilməsinə yönəldilmiş siyasi böhran gözləyir.

Təkcə siyasi elita deyil, isteblişment də prezident tərəfindən aparılan siyasətdən narazıdır. Ekspertlər və müşahidəçilər "Türkiyə Ermənistanla sərhədləri açmaq qərarına gələrsə nə baş verəcək?" sualı ilə müraciət etmişdilər. Çox zəif iqtisadi sistemə malik olan Ermənistanın sərhədlərin açılmasından dərhal sonra ani və tam olaraq haqq qazandırılmış Türkiyə iqtisadiyyatının ekspansiyasına məruz qalması Ermənistan üçün təhlükə yaradan ilk amildir.

Türkiyə Ermənistan iqtisadiyyatında inkişaf etmiş oliqarxiya sistemindən istitfadə edərək sadəcə erməni oliqarxlarını "ala" biləcək ki, bu da ölkənin milli təhlükəsizliyini hiss olunacaq dərəcədə sarsıdacaq.

Prezident Serj Sarkisyanın Ermənistanın qonşu ölkələrin yarısı ilə çoxdan dondurulmuş münasibətlərinin yaxşılaşdırılmasına təkid etməsinə dəyərmi? Cavab aşkar deyil, axı, nə qədər qəribə olsa da, ölkə üçün yaxşı olan vəziyyət xalqı o qədər də sevindirməyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti