...

BMT Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 19 May 2009 12:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 may /  Trend , müxbir N.Kirtsxalia /

Gürcüstanın BMT-dəki səfiri Kaxa Lomaya bildirib ki, BMT Baş katibi Pan Gi Munun növbəti məruzəsi Gürcüstanın ərazi bütövlüyünü şübhə altına almır.

Bu məruzə Cenevrə görüşünün təxirə salınmasına səbəb olub. Məruzənin artıq mövcud olmasına baxmayaraq, açıqlanmadığından Abxaziya tərəfi Cenevrə görüşünə gəlməkdən imtina etdi. Rusiya Federasiyasının və tanınmamış Cənubi Osetiyanın görüşə gəlmiş nümayəndə heyəti isə Abxaziya tərəfi ilə həmrəylik nümayiş etdirərək görüşü tərk etdi. Suxumi, BMT Baş katibinin məruzəsində Abxaziyanın müstəqil dövlət kimi statusunun tanınmasını tələb edir.

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya bildirib ki, 1808 saylı məruzədə Gürcüstan-Abxaziya münaqişə zonasında fevral ayından may ayınadək mövcud olan vəziyyət əks olunub.

"Bu məruzədə yenidən BMT-in Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub və bu, məruzənin BMT-in Qalksk və Oçamçirsk rayonlarındakı, Yuxarı Abxaziya və Samergelin regionlarındakı nümayəndələrinin hesabatı əsasında hazırlandığını şübhə altına almır", - o bildirib.

Müəlliflə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti