...

İran Prezidenti İsraili hədələyib

Siyasət Materials 20 May 2009 17:30 (UTC +04:00)

İran bu gün çox güclənib və ona qarşı təxribat törədən hər hansı bir qüvvəyə sərt cavab verə bilər. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü İranın Semnan əyalətində çıxışı zamanı bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Sionist rejimində bir neçə qatil köhnə vəzifədə olan qatilləri əvəz edib. Onlar hədlərini aşaraq bəzi çıxışlar edirlər. Hazırda İran o qədər güclənib ki, ona qarşı "bir güllə atəş açmış" qüvvəni məhv edə bilər", - Əhmədinejad bildirib.

Əhmədinejad əlavə edib ki, keçmişdə bəzi hegemon dövlətlər İran xalqını hədələyirdi, lakin bu gün top, tank və raketlə hədələmək və bu kimi çıxışlar siyasi düşüncə baxımından geridəqalmış səxslərə aiddir.

"Dünyaya səslənirəm, İran xalqını hədələməyə heç birinizin gücü çatmaz", - Əhmədinejad bildirib.

Xəbər lenti

Xəbər lenti