...

Azərbaycan ərazilərinin işğalını dayandırmaq lazımdır – İKT-nin Baş katibi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 May 2009 13:06 (UTC +04:00)
Azərbaycan ərazilərinin işğalını dayandırmaq lazımdır – İKT-nin Baş katibi (ƏLAVƏ OLUNUB)

Suriya, Dəməşq, 23 may / Trend , xüsusi müxbir Ü.Sadıqova /

Azərbaycan hökuməti Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına qarşı müqaviməti davam etdirir və bu işğalın dayandırılması üçün BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini həyata keçirmək lazımdır. Bu barədə şənbə günü Dəməşqdə İslam Konfransı Təşkilatının Baş katibi Ekməlləddin İhsanoğlu bildirib.

Bu gün Dəməşqdə İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclası öz işinə başlayıb. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyrov, Suriya Prezidenti Bəşər Əsəd və digər rəsmi şəxslər iştirak edirlər.

İclası İKT-nin Baş katibi İhsanoğlu açıb və İslam dünyasının əsas problemlərini, başlıca olaraq Fələstin-İsrail münaqişəsini qeyd edib.

O həmçinin əlavə edib ki, artıq bir sıra İslam ölkələri sayəsində reallaşdırılan islam təhsilinin inkişafı, maliyyələşdirilməsi və yaxşılaşdırılması kimi ümumi proqramlar həyata keçirilməlidir.

İhsanoğlunun sözlərinə görə, İslam ölkələri Qəzzə Zolğı əhalisinə yardım üçün sponsorluq etməli, xüsusilə də Qüdsün işğalının dayandırılması üçün maddi yardım göstərməlidirlər.

"Azərbaycan işğalın qarşısını almaq üçün dünya ictimaiyyəti ilə sıx əməkdaşlıq edir", - deyə İhsanoğlu qetd edib.

Xəbər lenti

Xəbər lenti