...

Prezident Gürcüstanın Müstəqillik gününü Batumidə, müxalifət isə Tblisinin mərkəzində qeyd edəcək

Siyasət Materials 26 May 2009 13:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 may / Trend , müx. N.Kirsxalia /

Mayın 26-da Gürcüstanın müstəqillik günündə ənənəvi olaraq hərbi parad keçirilirdi, lakin cari ildə bu baş verməyəcək.

Hakimiyyət bu barədə qərarı müxalifət tərəfindən planlaşdırılmış kütləvi aksiya ilə bağlı olaraq qəbul edib, beləki, aksiyalar bu gün mərkəzi stadionda, sonra isə Rustaveli prospektində keçiriləcək. Bundan başqa, aprelin 9-dan etibarən müxalifət prospektdə böyük qəfəslər yerləşdirib və bu səbəbdən orada hərəkət dayandırılıb.

Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün Tbilisidə Rusiya-Gürcüstan müharibəsi zamanı həlak olanların xatırəsinə şərəf memorialının açılışında iştirak edib və Batumiyə yola düşüb. Orada bir sıra bayram tədbirləri keçiriləcək. Tədbirlərdən ən əsası axşam yeni Batumi bulvarında olacaq.

Gürcüstanın müstəqilliyi 26 may 1917-ci il tarixində elan edilib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti