"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür", - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Konqresinin üzvləri Alan Makovski və Conatan Katz ilə görüşdə bildirib, XİN-in press-relizində deyilir.
Nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaza sülh və sabitlik gətirəcək.
ABŞ Konqresi nümayəndələri ilə keçirilən görüşdə regional və qlobal əhəmiyyətli məsələlər müzakirə edilib. Müzakirələrdə Azərbaycanın inkişafına xüsusi yer ayrılıb.
"Azərbaycan Cənubi Qafqazın siyasi həyatında vacib rol oynayır", - Konqres nümayəndələri qeyd edib. Onlar Azərbaycanın inkişaf prosesindən razı olduqlarını bildiriblər.