...

Astanada Azərbaycanın Respublika Günü qeyd edilib

Siyasət Materials 29 May 2009 11:34 (UTC +04:00)

Qazaxıstan, Astana, 28 may / Trend , müx K.Konırova /

Astanada Azərbaycanın Respublika Günü qeyd edilib, Trend -un Qazaxıstanın paytaxtındakı xüsusi müxbiri məlumat verib.

Tədbirin təşkilatçıları qismində paytaxtın Azərbaycan diasporu "Xəzər" və Azərbaycanın Qazaxıstandakı səfirliyi çıxış edib.

Təntənəli tədbiri Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov açıb.

O qeyd edib ki, 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması elan edilib. Lakin ADR cəmi 23 ay möcud ola bilib. 28 aprel 1920-ci ildə bolşeviklərin 11-ci qırmızı ordusu Bakını işğal etdi və Respublikaya son qoyuldu.

"Respublika günü 1990-cı ildən etibarən bərpa edilib və ölkədə yenidən dövlət bayramı kimi qeyd olunur. Azərbaycan hazırda digər dünya ölkələri arasında layiqli yer tutur və onun sərvəti xalqın rifahına xidmət edir. Bütün bunlarda ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub", - diplomat bildirib.

Tədbirdə həmçinin paytaxt diasporunun həmsədrləri Vidadi Ağayev,Vidadi Salahov və Türkiyə diasporunun nümayəndələri və qonaqlar iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti