...

Azərbaycan paytaxtında polis əməkdaşı ağır cinayət törədib

Siyasət Materials 3 İyun 2009 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir H.Bağırov /

Azərbaycanın paytaxtında polis əməkdaşı qonşusunu bıçaqlayıb.

Əzizbəyov Rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, çərşənbə günü səhər saatlarında Mərdəkan qəsəbəsi ərazisindəki Abşeron sanatoriyasında məskunlaşmış 40 yaşlı Rəmiyyəddin Rəhimov mübahisə zəminində qonşusu 51 yaşlı Yaqut Ələsgərovaya bıçaqla bədən xəsarəti yetirib.

İdarədən bildirilib ki, Rəhimov Daxili İşlər Nazirliyinin karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun polis baş serjantıdır və cinayət hadisəsini xidmətdən kənar vaxtı törədib.

Faktla bağlı Bakının Əzizbəyov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti