...

Buxarestdə Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlıq məsələləri müzakirə ediləcək

Siyasət Materials 9 İyun 2009 18:37 (UTC +04:00)
Buxarestdə Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlıq məsələləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir Y.Оstapenko /

Payızda Buxarestdə Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlıq məsələləri müzakirə ediləcək.

"Ümid edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfərə gələcək və bu, ölkələrimiz arasında strateji əməkdaşlığı rəsmi şəkildə möhkəmləndirmək üçün yaxşı imkan yaradacaq", - çərşənbə axşamı Bakıda jurnalistlərə Rumıniya XİN-in strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku deyib.

"Rumıniya-Azərbaycan münasibətləri yüksək səviyyədədir", - Auresku bildirib. - Biz strateji əməkdaşlığa çox yaxınıq. Bu mənada yüksək səviyyədə görüşlərin sayı çox vacibdir. Rumıniya və Azərbaycan prezidentlərinin yaxşı münasibətləri formalaşıb".

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi 2008-ci ildə təxminın 193 milyon dollar olub ki, bunun da Azərbaycan ixracı 161 milyon dollar, idxalı 31,8 milyon dollardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti