...

KTMT Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxilə etməyəcək – informasiya şöbəsinin məsləhətçisi

Siyasət Materials 16 İyun 2009 11:01 (UTC +04:00)

Rusiya, Moskva, 16 iyun / Trend , müxbir V.Ustinova /

Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyi planlaşdırmır. Bu barədə KTMT-nin informasiya şöbəsinin məsləhətçisi Vitali Struqoveç məlumat verib. 

"Artıq Dağlıq Qarabağ münaqişəsinin öz nizamlanma strukturu var və KTMT bu struktura daxil olmaq və bu məsələnin həll olunmasına müdaxilə etmək məcburiyyətində deyil", - deyə Trend -a Struqoveç bildirib.

Onun sözlərinə görə, qurulan sistem özünü dogruldur, bunu Azərbaycan və Ermənistanın dövlət başçıları arasındakı əlaqələr təsdiqləyir.

Son zamanlar danışıqlar prosesində canlanma yaranıb. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş müşahidə ediblər.

İyunun 4-də Sakt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Dğlıq Qarabağ münaqişəsinin nizamlanması barədə keçirilən görüş ölkə prezidentləri arasında keçirilən sayca beşinci görüşdür.

Ötən görüşlər may ayının 7-də Praqada və yanvarın 28-də Surixdə keçirilib. Prezidentlərin ilk görüşü ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüşü isə ötən ilin noyabr ayının sonunda Moskvada keçirilib.  

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Azərbaycan ilə əməkdaşlıq haqqında söhbət açan Struqoveç bildirib ki, KTMT narkotiklərlə mübarizə sahəsində təşkilata daxil olmayan bir sıra ölkələrlə, xüsusilə də Azərbaycanla əməkdaşlıq edir.

"Azərbaycan KTMT tərəfindən keçirilən "Kanal" antinarkotik əməliyyatında fəal iştirak edir", - deyə Struqoveç bildirib.

KTMT-nin "Kanal" əməliyyatı Əfqanistandan narkotik madddələrin gətrilməsinin qarşısını almağa yönəldilib və təşkilata daxil olmayan bir sıra ölkələrin gücünü birləşdirir.

Struqoveçin sözlərinə görə, 2008-ci ildə keçirilən əməliyyatda KTMT-nin üzvü olmayan 20 dövlət iştirak edib.

Struqoveç Azərbaycan və KTMT arasında əməkdaşlığın digər variantlarına hələ ki, baxılmadığını bildirib.

"Biz hələ ki, narkotiklərlə mübarizə sahəsində birgə fəaliyyət göstəririk", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti