...

Azərbaycanın sol partiyasının sədri "Ədalətli Rusiya"nın iki tədbirində iştirak edəcək

Siyasət Materials 17 İyun 2009 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir C.Babayeva/

Azərbaycan Xalq Sosialist Partiyasının (AXSP) sədri Rövşən Hüseynov "Ədalətli Rusiya" siyasi partiyasının iki tədbirində iştirak edəcək.

Onlardan birincisi olan "Sosialistlər global siyasətdə" adlı III Beynəlxalq Sosialist Forumu 24 iyun 2009-cu il tarixdə keçiriləcək. Həmin forum "Ədalətli Rusiya: Vətən/Təqaüdçülər/Həyat" siyasi partiyası, Rusiya Təbiət Elmləri Akademiyası, "Ədalətli dünya" institutu və "Rusiyanın intellektual mənbələri" Milli Komitəsi tərəfindən təşkil ediləcək. Bu barədə AXSP-nin çərşənbə günü yayılmış məlumatında deyilir.

AXSP sədri forum iştirakçılarının qarşısında "Çağdaş iqtisadi siyasətdə sol dönüş: beynəlxalq institutlar, regionlar, dövlətlər və toplumlar" bölümündə çıxış edəcək. Forum çərçivəsində AXSP sədrinin "Ədalətli Rusiya" partiyasının, digər sol partiyaların, habelə Sosialist İnternasionalının təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

İyun ayının 25-də AXSP sədri "Ədalətli Rusiya" partiyasının IV qurultayının işində qonaq kimi iştirak edəcək. Qurultay bu partiyanın Məramnaməsini və Nizamnaməsinə təklif edilən düzəlişləri müzakirə edib mərkəzi seçkili kollegial orqanlarında dəyişikliklər edəcək. Qurultay çərçivəsində AXSP sədrinin "Ədalətli Rusiya" partiyasının rəhbər şəxsləri ilə görüşləri nəzərdə tutulub. 

Azərbaycan Xalq Sosialist Partiyasının (AXSP) ötən ilin oktyabrında təsis edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti