...

İrandakı nümayişlər zamanı həbs olunanların taleyi naməlum qalır – amerikalı jurnalist Saberi

Siyasət Materials 2 İyul 2009 09:04 (UTC +04:00)
İrandakı nümayişlər zamanı həbs olunanların taleyi naməlum qalır – amerikalı jurnalist Saberi

ABŞ, Vaşiqton, 01 iyul / Trend , müxbir N.Boqdınova /

"İranda iyunun 12-də ba. tutan prezident seçkilərinin nəticələrindən narazı qalan şəxslərin keçirdiyi etiraz aksiyaları zamanı həbs olunanların taleyi naməlum olaraq qalır", - bu yaxınlarda İran həbsxanasından azad olan iranəsilli amerikalı jurnalist Roksana Saberi bildirib.

"Mən İranda prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını yatırma vasitələrindən həqiqətən narahatam və təəssüf hissi keçirirəm. Mən həbs olunanlara görə narahatam. Düşünürəm ki, onlar çox ağır şəraitdə saxlanılır. Ola bilsin ki, bəziləri hətta fiziki işgəncələrə məruz qalır", - deyə Trend -a Saberi bildirib.

İran polis orqanlarının sədri general İsmayıl Əhmədi Müqəddəmin sözlərinə görə, ölkədə baş verən son hadisələrdə 1032 nəfər həbs olunub, onların əksəriyyəti azadlığa buraxılıb. Rəsmi məlumatlara görə, 20 nəfər, qeyri-rəsmi məlumatlara əsasən 150 nəfər həlak olub.

Saberi bu ilin yanvar ayında həbs olunmuşdu. Əvvəlcə ona qarşı ciddi ittiham irəli sürülmüşdü. Sonra İran bəyan etdi ki, o, ölkədə müvafiq icazə olmadan fəaliyyət göstərib. Sonradan isə o, ABŞ xeyrinə casusluqda ittiham olunaraq səkkiz il azadlıqdan məhrum edilib.

Trend -un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejat səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faiz səs toplayıb. Musəvi seçkilərin nəticələrinin rəsmi şəkildə elan olunmamasından öncə öz qələbəsi barədə məlumat verib. Sonradan isə höküməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb.

Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Qarşıdurnalar zamanı onların bəziləri həlak olub. Bir sıra qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti