...

Azərbaycan Prezidenti "Diplomatik Xidmət Orqanlarının 90 illiyi" yubiley medalının təsis edilməsi haqqında" Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 7 İyul 2009 18:12 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiyta Agentliyi yayıb.

Fərmanda qeyd olunub ki, Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində
qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Eyni zamanda Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 850-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti