...

Latviya Prezidentinin Azərbaycana səfərinin tarixi müəyyən edilib

Siyasət Materials 8 İyul 2009 11:42 (UTC +04:00)
Latviya Prezidentinin Azərbaycana səfərinin tarixi müəyyən edilib

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir S.Ağayeva /

Azərbaycan və Latviya arasında prioritet məsələlər avqust ayında Bakıda Latviya Prezidenti Valdis Zatlersin rəsmi səfəri zamanı müzakirə olunacaq. Bu barədə Trend -a Azərbaycanın həmin ölkədəki səfiri Tofiq Zülfüqarov bildirib.

"Preizdentin səfəri avqustun 9-13-də gözlənilir", - deyə səfir bildirib.

"Latviya Prezidenti Cənubi Qafqaz regionunun bütün ölkələri içərisində yalnız Azərbaycana səfər etmək niyyətindədir", - deyə Zülfüqarov Riqadan telefonla bildirib.

"Zatlersi azərbaycanlı həmkarları ilə əməkdaşlıq imkanlarının genişlənməsi imkanlarını müzakirə etmək niyyətində olan Latviyanın hökumət və iş adamları qrupunun üzvləri müşayiət edəcək", - səfir qeyd edib.

Latviya Prezidentinin səfəri zamanı ikitərəfli əməkdaşlıq haqqında bir sıra sənədlərin imzalanması gözlənilir.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2008-ci ilin yekunlarına əsasən, Azərbaycan və Latviya arasında əmtəə mübadiləsi 7,86 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti