...

Gürcüstan Prezidenti parlament debatlarında iştirak edəcək

Siyasət Materials 16 İyul 2009 18:36 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstan Parlamentinin cümə günü saat 14:00-da başlanacaq debatlarında iştirak edəcək
Gürcüstan Prezidenti parlament debatlarında iştirak edəcək

Gürcüstan, Tbilisi, 16 iyul / Trend , müxbur N.Kirsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstan Parlamentinin cümə günü saat 14:00-da başlanacaq debatlarında iştirak edəcək. Bu barədə cümə axşamı jurnalistlərə parlamentin spikeri David Bakradze məlumat verib.

"Prezident mənimlə söhbətində debatlarda iştirak etmək istəyini bildirib", - o deyib.

Bakradze əmindir ki, bu əhəmiyyətli və vacib debatlar olacaq və ölkədə cavabsız qalan sualların olmamasına xidmət edəcək. "Biz demokratik prinsiplərin tərəfdarıyıq və buna görə də debatlar bizim siyasi həyatımızın vacib hissədir. Müxalifət də onları maraqlandıran bütün sualları təqdim edə bilər", - parlament spikeri bildirib.

Debatlar reqlamentin 138-ci maddəsinə uyğun olaraq aparılacaq.

Bu maddəyə əsasən, debatlarda iştirak üçün çoxluq və azlığın hər birinə 45 dəqiqə, fraksiya və parlament sədrlərinə 15 dəqiqə, spikerin müavinlərinə 10 dəqiqə, heç bir fraksiyaya daxil olmayan deputatlara 5 dəqiqə verilir.

Fraksiyalar, çoxluq və azlıq verilən müddət çərçivəsində çıxış edənlərin sayını və onlar arasında vaxt bölgüsünü müəyyən edir.

Debatların sonunda parlament spikeri ona verilən vaxt limitindən yararlanaraq baxılan məsələləri səsverməyə qoymaq hüququna malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti