...

Azərbaycana münasibətdə 907-ci düzəliş ləğv edilməlidir - amerikalı konqresmen

Siyasət Materials 24 İyul 2009 15:20 (UTC +04:00)
"Azərbaycana münasibətdə 907-ci düzəliş ləğv edilməlidir", - Trend News-a ABŞ-ın Azərbaycan üzrə işçi qrupunun həmsədri, Texas ştatından konqresmen Solomon Ortiz deyib.
Azərbaycana münasibətdə 907-ci düzəliş ləğv edilməlidir - amerikalı konqresmen

ABŞ, Vaşinqton, 24 iyul / Trend , müxbir N.Boqdanova /

"Azərbaycana münasibətdə 907-ci düzəliş ləğv edilməlidir", - Trend -a ABŞ-ın Azərbaycan üzrə işçi qrupunun həmsədri, Texas ştatından konqresmen Solomon Ortiz deyib.

"Mən hesab edirəm ki, 907-ci düzəliş ədalətli deyil və ABŞ-ın Azərbaycan kimi güclü müttəfiqi və strateji tərəfdaşına münasibətdə tətbiq edilə biləcək tədbir deyil", - Ortiz bildirib.

ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa 907-ci düzəliş hələ də qüvvədədir. 1997-2000-ci illər ərzində Klinton administrasiyası Konqresin 907-ci düzəlişi ləğv etməsi üçün dəfələrlə cəhd edib. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.

Ortizin sözlərinə görə, son zamanlar prezident Obamanın Azərbaycan üzrə işçi qrupun qarşı çıxdığı və qarşı çıxmaqda davam etdiyi düzəlişdən imtina etməsi üçün çoxlu cəhdlər edilir.

"Artıq 907-ci düzəlişin ləğv edilməsinin vaxtı gəlib çatıb", - konqresmen hesab edir.

"Bu maddənin ləğvi ABŞ-Azərbaycan münasibətlərinin gələcək möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaq", - o deyib.

Ortizin sözlərinə görə, yaxınlarda o, Bill Şuster və Eddi Bernis Consonla birlikdə, Nümayəndələr Palatasının Təxsisatlar üzrə Komitəsinə 907-ci bölmənin ləğvi ilə bağlı məktub göndəriblər. "Qeyd etdiyim kimi, mən bundan sonra da Azərbaycana hərbi yardım da daxil olmaqla, ümumi yardımın göstərilməsi üçün səylərimizi davam etdirəcəm", - o bildirib.

"Prezident Obamanın xarici siyasətinin prioritet hədəflərindən biri, müsəlman dünyası ilə münasibətlərimizi möhkəmləndirməkdir", - Ortiz hesab edir.

"ABŞ-ın enerji təhlükəsizliyi və terrorizmə qarşı müharibə kimi vacib sahələrdə cəsarətli müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycan, münasibətlərimizi möhkəmləndirməyə çalışdığımız ilk müsəlman ölkələrindən biri olmalıdır", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti