...

Baydenin səfəri zamanı vacib siqnallar verilib ki, bu da Gürcüstanın inkişafına müsbət təsir göstərəcək - spiker

Siyasət Materials 24 İyul 2009 16:44 (UTC +04:00)
Gürcüstan Parlamentinin spikeri David Bakradzenin fikrincə, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin səfəri zamanı vacib siqnallar verilib ki, bu da yaxın illərdə Gürcüstanın inkişafına müsbət təsir göstərəcək.
Baydenin səfəri zamanı vacib siqnallar verilib ki, bu da Gürcüstanın inkişafına müsbət təsir göstərəcək - spiker

Gürcüstan, Tbilisi, 24 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Parlamentinin spikeri David Bakradzenin fikrincə, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin səfəri zamanı vacib siqnallar verilib ki, bu da yaxın illərdə Gürcüstanın inkişafına müsbət təsir göstərəcək. Bu barədə o, jurnalistlərə cümə günü, vitse-prezidentin parlament çoxluğu ilə görüşündən sonra deyib.

Bakradze hesab edir ki, birinci siqnal ABŞ-ın Gürcüstanın ziyanına heç bir qərar - bu həm də rus-amerika münasibətlərinə də aiddir - verməyəcəyidir.

"İkinci siqnal ölkənin mütləq deokkupasiyasına aiddir. Bu planda Bayden bildirib ki, Rusiya silahlı qüvvələri Gürcüstanın bütün ərazisini tərk etməlidirlər", - o bildirib.

Spikerin fikrincə, Ağ Evin yeni administrasiyasının üçüncü siqnalı "qızılgül inqilabı" və ölkədə baş verən hadisələrə münasibətidir.

Bakradze, həmçinin vitse-prezidentin Gürcüstanın daxili siyasi durumu ilə bağlı bəyanatına da diqqət ayırıb. Onun fikrincə, xüsusilədə hadisələr "küçələrdən siyasi axına keçməlidir".

"Bayden bəyan  edib ki, ABŞ Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır və başqa ölkələri də eyni mövqedə durmağa çağırır", - Bakradze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti