...

Azərbaycan Dövlət Sərhəd Xidməti "Sərhədlərimizin keşiyində" adlı müsabiqənin nəticələrini açıqlayıb

Siyasət Materials 14 Avqust 2009 16:55 (UTC +04:00)
Azərbaycanda Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılmasının 90 illiyi münasibətilə "Sərhədlərimizin keşiyində" devizi ilə keçirilən müsabiqənin nəticələri elan olunub.
Azərbaycan Dövlət Sərhəd Xidməti "Sərhədlərimizin keşiyində" adlı müsabiqənin nəticələrini açıqlayıb

Azərbaycan, Baks, 14 avqust / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılmasının 90 illiyi münasibətilə "Sərhədlərimizin keşiyində" devizi ilə keçirilən müsabiqənin nəticələri elan olunub. Trend -un məlumatına görə, cümə günü DSX-də bu münasibətlə keçirilən tədbirdə müsabiqənin qalibləri mükafatlandırılıb.

Müsabiqə kino sənəti, musiqi yaradıcılığı, təsviri sənət, foto və inşa yazısı üzrə 5 nominasiya üzrə keçirilib.

Müsabiqədə respublikanın professional və həvəskar rəssamları, bəstəkarları, tələbələr, sərhədçi əsgərlər, sərhədyanı rayonların orta məktəb şagirdləri iştirak edib.

Müsabiqədə 600 nəfərdən çox yaradıcı insan çıxış edib.

Müsabiqəyə musiqi üzrə 15, təsviri sənət üzrə 40, kino üzrə 10, foto üzrə 9 əsər və yüzlərlə inşa yazısı təqdim edilib.

Qaliblər pul mükafatları və diplomlarla mükafatlandırılıblar.

1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti gömrük baxımından ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul etmişdi. 2002-ci il iyul ayının 31-də Sərhəd Qoşunlarının müstəqil-qurum kimi fəaliyyət göstərməsi üçün Prezident Heydər Əliyev sərəncam imzalamışdı.

Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti