...

İstefaya göndərilmiş iqtisadiyyat naziri müxalifət lideri ilə yaxınlığına baxmayaraq, Saakaşviliyə sadiqdir

Siyasət Materials 21 Avqust 2009 17:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 avqust / Trend , müxbir N.Kirsxaliya /

Bu gün vəzifəsindən kənarlaşdırılmış Gürcüstanın iqtisadiyyat naziri Laşa Jvaniya "Bizim Gürcüstan - azad demokratlar" müxalifət partiyasına keçməsi haqqında yayılan xəbərləri təkzib edib. Jvaniya keçirdiyi xüsusi brifinqdə söyləyib ki, həmin müxalifət partiyasının lideri İrakli Alasaniya ilə dost olmasına baxmayaraq, o, Saakaşvilinin köməyindən imtina etmək niyyətində deyil.

"Alasaniya mənim övladımın xaç atasıdır, buna görə də bizim dostluğumuz müqəddəs məsələlərlə bağlıdır. Ancaq mən siyasi baxışımı dostluğa görə dəyişməyəcəyəm", - Jvaniya deyib.

Jvaniya qeyd edib ki, Mixail Saakaşvilinin həyata keçirdiyi iqtisadi proqram ölkəni maliyyə böhranından çıxaracaq ən ideal proqramdır. "Əgər kimsə mənə daha yaxşı proqram göstərsə, mən bu barədə fikirləşərək Saakaşviliyə məlumat verəcəyəm. Ancaq bu gün mən ölkə prezidentinin təklif etdiyi proqramdan daha yaxşısını bilmirəm", - o deyib.

Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti