Azərbaycan, Bakı, 22 avqust / Trend müxbir Т.Konyayeva/
Cari prezident seçkilərinin keçirilməsi əfqan xalqının qələbəsi kimi qiymətləndirilir. Çünki bu, əfqanların özünün keçirdiyi ilk seçkilər idi", - Aİ-nin seçkilərə nəzarət üzrə missiyasının rəsmi bəyanatında deyilir.
Bu mərhələdə seçki prosesi əsasən müsbət dəyərləndirilir. Hazırda əfqan xalqı əsası qoyulan demokratik əsaslara söykənməlidir.
Avqustun 20-də Əfqanıstanda prezident seçkiləri başlayıb. 29 milyonluq Əfqanıstan əhalisinin 17 milyon nəfəri səsvermə hüququna malikdir. 2001-ci ildə ABŞ-ın Əfqanıstanda hərbi əməliyyata başlamasından sonra bu seçkilər sayca ikinci olacaq. Beynəlxalq təşkilatların 76 nümayəndəsi prezident seçkilərində müşahidəçi qismində iştirak edib.
"Missiya son iki ay ərzində bu ölkənin bütün ərazisində baş verən proseslərin bütün aspektlərini müşahidə edib", - bəyanatda bildirilir. İşin gedişindəki çatışmazlıqlar və bəzi axsamalara baxmayaraq, müstəqil seçki komissiyası ümumilikdə səmərəli, seçki proseslərinin həyata keçirilmə müddətlərinə ciddi riayət edərək fəaliyyət göstərib.
Mövcud hüquqi baza seçkilərin keçirilməsi üçün lazımi əsası təmin edirdi. Şikayət və iddialarla bağlı müstəqil komissiyanın yalnız prosesin sonunda yaranamasına baxmayaraq, o, şikayətlərə baxılmasında normativ-hüquqi və təşkilati əsasları yaxşılaşdıra bilib.
Seçkilər prosesində baş verən pozuntular barədə bütün şikayətlər şikayət və iddialarla bağlı müstəqil komissiyaya daxil olur. Yalnız onun işinin başa çatdırılmasından sonra seçkilərin yekun nəticələri elan ediləcək.
"Qadınların seçici və nazimdə qismində vətəndaş və siyasi hüquqlarının həyata keçirilməsi, onların hüquqları Konstitusiyada qeyd olunmasına baxmayaraq, ciddi şəkildə məhdudlaşdırılmışdı", - missiyanın bəyanatında vurğulanıb.
Vətəndaş cəmiyyəti təşkilatları demokratik prosesə öz təhfələrini verib. Üstəlik, yerli müşahidəçilərin sayının çoxluğu və seçki mərkəzlərində namizədlərin nümayəndələrinin iştirakı əfqanların özlərinə seçkilərin şəffaflığına kömək etmək imkanı verdi.
Missiya nəticələrin hesablanması, şikayət və apellyasiyaların qəbulu, yoxlanılması və nəzərdən keçirilməsi, ehtiyac olacağı halda seçkilərin ikinci turu prosesi də daxil olmaqla bütün seçkisonrası dövr proseslərini müşahidə etməkdə davam edəcək. Bütün ölkə üzrə işləyən 250 xüsusi nümayəndənin daxil olduğu missiya, Əfqanıstanda iyulun 3-dən işləyir.
Əfqanıstanda cümə axşamı keçirilən seçkilərin nəticələrini yekunlaşdırırlar. Terrorçuların çoxsaylı təhdidlərinə baxmayaraq, səsvermədə gözlənildiyindən xeyli çox insan iştirak edib.
"Seçkilərdə seçki hüququna malik vətəndaşların 50-55 faizi iştirak edib", - Trend -a Əfqanıstan müstəqil seçki komissiyasının vitse-prezidenti Davud Nəcəfi məlumat verib.