...

Gürcüstanda yeni Ginnes rekordunun müəyyən edilməsinə hazırlaşırlar

Siyasət Materials 27 Avqust 2009 13:26 (UTC +04:00)
Batumidə Ginnesin rekordlar kitabına qeydiyyat üçün pivə şüşələrindən ibarət olan ən böyük mozaika düzəldiləcək.
Gürcüstanda yeni Ginnes rekordunun müəyyən edilməsinə hazırlaşırlar

Gürcüstan, Tbilisi, 26 avqust / Trend , müxbir N.Kirsxaliya /

Batumidə Ginnesin rekordlar kitabına qeydiyyat üçün pivə şüşələrindən ibarət olan ən böyük mozaika düzəldiləcək. Bu, İqtisadi İnkişaf Nazirliyi, Avropa karnaval şəhərləri Assosiasiyası və Batumi bələdiyyəsinin himayəsi altında keçiriləcək karnavalda baş verəcək.

Pivə şüşələrindən ibarət olan dünyada ən böyük mozaikanı yaratmağa cəhd edən "Nataxari" pivə şirkəti Ginnesin rekordlar kitabına düşməyə iddialıdır. 3000-dən artıq şüşədən uzunluğu beş metr, eni isə 3 metrdən ibarət olan Gürcüstanın xəritəsi yaradılacaq.

"Biz gürcü pivəsinin tanınmasına yardım etmək istəyirik. "Nataxari" şirkəti Ginnes rekordunu təyin edəcək və bununla da Gürcüstan bir daha Rekordlar kitabına daxil olacaq. Biz hesab edirik ki, bu, gürcü brendlərinin tanınması üçün irəliyə doğru addım olacaq" - "Nataxari" şirkətinin marketinq üzrə direktoru Tornike Nikolaişvili deyib.

Rekord 28 avqustda saat 18:00-da Gürcüstanın hökumət və diplomatik korpus nümayəndələrinin, çoxsaylı qonaqların iştirakı ilə "Qızıl qoyun dərisi" karnavalında təyin ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti