Gürcüstan, Tbilisi, 28 avqust / Trend , N.Kirsxaliya /
Gürcüstan polisinin iki nəfər əməkdaşı Abxaziya tərəfindən Qanmuxuri kəndindəki blokposta atəş açılması zamanı yaralanıb.
Zuqdid rayonunun Qanmuxuri kəndində yerləşən Gürcüstan Daxili İşlər Nazirliyinin blokpostu Gürcüstanın işğal edilmiş Qalski rayonunun Otobay kəndindən atəşə tutulub.
Gürcüstan DİN-dən verilən məlumata görə, saat 01:00 radələrində açılan atəş 10 dəqiqə davam edib.
Avtomat və qumbaraatanlardan açılan atəş nəticəsində DİN-in iki nəfər əməkdaşı yüngül bədən xəsarəti alıb. Polis avtomobili də zədələnib.