...

Tbilisidə teplovoz relsdən çıxaraq 20 maşını zədələyib

Siyasət Materials 28 Avqust 2009 18:49 (UTC +04:00)
Tbilisidə teplovoz relsdən çıxaraq yolun yaxınlığındakı maşınlara çırpılıb. Hadisə Didube rayonunun dəmir yolunda baş verib.
Tbilisidə teplovoz relsdən çıxaraq 20 maşını zədələyib

Gürcüstan, Tbilisi, 28 avqust / Trend , N.Kirsxaliya /

Tbilisidə teplovoz relsdən çıxaraq yolun yaxınlığındakı maşınlara çırpılıb. Hadisə Didube rayonunda baş verib.

Relsdən çıxan teplovoz 20-dək maşını zədələyib. Maşında olan sərnişinlərdən bir nəfər xəsarət alıb. O, Quduşauri adına xəstəxanaya çatdırılıb.

"Gürcüstan Dəmir Yolu"ndan verilən məlumata görə, teplovoz "İntertrans" şirkətinə məxsusdur. Şirkət dəmiryoluna və qəzada xəsarət alan vətəndaşlara dəyən zərəri ödəyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti