Bu gün Turkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Məlumata əsasən, Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Ərdoğan Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə inkişafından və əlaqələrin daha da möhkəmlənməsindən danışıblar.
Telefon sönbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı proseslər, regional münasibətlərlə əlaqədar vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.